satellite   Azerspace-1: 11135 H 30000

Hakan Fidan: ABŞ ilə İran arasında istənilən razılaşma İsrailin maraqlarına uyğun deyil

Hakan Fidan: ABŞ ilə İran arasında istənilən razılaşma İsrailin maraqlarına uyğun deyil

Hazırda ABŞ və İran arasında istənilən razılaşma İsrailin maraqlarına uyğun deyil.

NTV xəbər verir ki, H. Fidan bu barədə Cənubi Koreyaya səfəri çərçivəsində "JTBC TV"yə müsahibəsində deyib.

Buna baxmayaraq, Türkiyə xarici işlər nazirinin fikrincə, ABŞ ilə İran arasında anlaşma memorandumunun son variantı ilə bağlı ümumi razılıq əldə edilib.

"ABŞ və İran arasında davam edən razılaşma barədə nikbinəm, çünki hər iki tərəflə, vasitəçi Pakistan və bölgədəki digər bəzi əlaqədar ölkələrlə müntəzəm məsləhətləşmələr aparıram", türkiyəli nazir bildirib və əlavə edib ki, bəzi texniki detallar qalsa da, yekun təsdiq məsələsində hər iki tərəf ilk layihənin son variant üzərində ümumi bir razılığa gəlib.

Münaqişənin sona çatması məsələsində nə qədər çətin olsa da, nikbin olduğunu dilə gətirən Fidan, hər iki tərəfin fərqli çətinliklərlə üz-üzə qaldığını, lakin eyni nəticəni istədiyini söyləyib.

O, Türkiyənin müvafiq təşəbbüs göstəriləcəyi təqdirdə Hörmüz boğazının minalardan təmizlənməsinə kömək etməyə hazır olduğunu da açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM