satellite   Azerspace-1: 11135 H 30000

Tramp: Danışıqlar nəticəsiz qalsa, ABŞ İrana desant çıxara bilər

Tramp: Danışıqlar nəticəsiz qalsa, ABŞ İrana desant çıxara bilər

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında danışıqların nəticəsiz qalacağı təqdirdə, hərbi tapşırıqları yerinə yetirmək üçün İran ərazisinə xüsusi təyinatlı qüvvələrin daxil olacağını istisna etməyib.

NTV xəbər verir ki, Donald Tramp bu barədə “Financial Times” qəzetinə açıqlamasında deyib. “Burada iki seçim var. Ya İrana desant çıxarıb əvvəllər hərbi yolla öhdəsindən gələ bilmədiyimiz işlərlə məşğul olacağıq, ya da İranın blokadasını davam etdirəcəyik”, - deyə ABŞ dövlət başçısı bildirib.

Donald Tramp, həmçinin qeyd edib ki, İsraillə İran arasındakı hazırkı gərginlik Vaşinqton və Tehran arasındakı danışıqlar prosesinə təsir göstərməməlidir.

“Bu, heç bir şəkildə razılaşmaya təsir göstərməyəcək. Düşünürəm ki, razılaşma baş tutacaq”, - deyə Ağ Evin rəhbəri əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM