satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib

Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri müvəqqəti işğal olunmuş Krımdakı neft anbarlarına, Rusiya FTX-nin komanda məntəqəsinə və digər hərbi hədəflərə zərbələr endirib.

NTV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat paylaşıb.

İyunun 7-si gecə saatlarında Müdafiə Qüvvələrinin bölmələri Leninoye (Krım Muxtar Respublikası) yaxınlığındakı “Semikolodezyanskaya” neft anbarına zərbə endirib. Anbarda yanğın baş verib.

“Semikolodezyanskaya” neft anbarı Krım yarımadasının şərq hissəsində neft məhsulları üçün ən böyük saxlama və yükləmə mərkəzlərindən biridir. Obyekt yanacaq ehtiyatlarının toplanması və Rusiya hərbi kontingentinin ehtiyaclarının ödənilməsi üçün istifadə olunur.

Ukrayna qüvvələri, həmçinin Feodosiya rayonundakı neft anbarına zərbə endirib.

Feodosiya neft anbarı Krımdakı ən böyük neft aşırması kompleksidir. Onun gücü ildə 10-12 milyon tona qədər neft məhsullarının daşınmasına imkan verir. Anbarın infrastrukturu Rusiya hərbi birləşmələri üçün neft məhsullarının qəbulunu, saxlanmasını və paylanmasını təmin edir.

Bundan əlavə, Müdafiə Qüvvələri Rusiyanın Belqorod vilayətindəki Volokonovka yaxınlığındakı FTX komanda məntəqəsinə hücum edib və Donetsk vilayətindəki Svobodnı ətrafındakı sursat anbarına zərbə endirib.

Luqansk vilayətindəki Şçastya və Donetsk vilayətindəki Blaqovatnı rayonlarında yerləşən Rusiya ordusu şəxsi heyətinin kontingentləri də zərbələrə məruz qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM