satellite   Azerspace-1: 11135 H 30000

Tehrandakı yeraltı avtodayanacaqlar əhali üçün sığınacaq kimi istifadə edilir

Tehrandakı yeraltı avtodayanacaqlar əhali üçün sığınacaq kimi istifadə edilir

İranın paytaxtı Tehranda yeraltı avtomobil dayanacaqları əhali üçün sığınacaqlara çevrilir.

NTV “əl-Cəzirə”yə istinadla xəbər verir ki, bunu Tehran şəhər bələdiyyəsinin sözçüsü deyib.

Xatırladaq ki, dünən İran İslam Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket zərbələri endirməyə başlayıb. İran tərəfi hava zərbələrinin İsrailin Livanın cənubunda yenidən keçirdiyi hərbi əməliyyatlara cavab olaraq endirildiyini bildirib.

Bu, tərəflər arasında aktiv əməliyyatların dayandırılmasından sonra həyata keçirilən ilk birbaşa zərbədir.

İsrailin bu gün İranın zərbələrinə cavab verməsi ilə tərəflər arasında qarşılıqlı hücumlar baş verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM