satellite   Azerspace-1: 11135 H 30000

Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar

Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar

Yəmən husiləri İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə tam qadağa qoyduqlarını açıqlayıblar.

NTV xarici mediaya istinadla xəbər verir ki, qruplaşma Qırmızı dənizdə İsrailə aid bütün hərbi və kommersiya hərəkətlərinin onların silahlı qüvvələri üçün legitim hədəf hesab olunacağını vurğulayıblar.

Qruplaşmanın bəyanatında, həmçinin İsrail ərazisinə raket zərbələrinin endirildiyi qeyd olunub. Husilər hücumların Yafa bölgəsində yerləşən mühüm obyektləri hədəf aldığını iddia ediblər.

Hadisə ilə bağlı İsrail rəsmilərinin mövqeyi hələlik açıqlanmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM