satellite   Azerspace-1: 11135 H 30000

İsrail İranın neft-kimya kompleksinə zərbə endirib

İsrail İranın neft-kimya kompleksinə zərbə endirib

İsrail ordusu İranın cənub-qərbində yerləşən Bəndər Mahşəhr şəhərindəki neft-kimya kompleksinə zərbə endirdiyini açıqlayıb.

NTV  “əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, İsrail ordusunun yaydığı bəyanatda hücumun hərbi kəşfiyyatın məlumatları əsasında hava qüvvələri tərəfindən həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, Mahşəhrdə yerləşən neft-kimya kompleksinin daxilində bir neçə obyekt hədəfə alınıb.

İranın “Fars” agentliyi isə Xuzistan vilayətinin təhlükəsizlik məsələləri üzrə qubernator müavininə istinadla bildirib ki, Bəndər Mahşəhr yaxınlığında yerləşən Karun neft-kimya zavodu hücuma məruz qalıb. İsrail tərəfindən atılan mərminin partlaması nəticəsində müəssisənin bəzi hissələrinə ziyan dəyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM