satellite   Azerspace-1: 11135 H 30000

Britaniyada uşaqlara internet üzərindən açıq-saçıq görüntülərin göndərilməsinin qarşısı alınır

Britaniyada uşaqlara internet üzərindən açıq-saçıq görüntülərin göndərilməsinin qarşısı alınır

Böyük Britaniyanın Baş naziri Kir Starmer texnologiya şirkətlərinə uşaqların açıq-saçıq görüntülər göndərməsi və qəbul etməsinin qarşısını almaq üçün üç ay vaxt verib.

NTV  BBC-yə istinadla xəbər verir ki, Baş nazirin qərarına əsasən, “Apple”, “Google” və digər texnologiya şirkətləri uşaqların cihazlar vasitəsilə intim məzmun paylaşmasının qarşısını alan yeni təhlükəsizlik nəzarət mexanizmləri tətbiq etməlidirlər. Əks halda hökumət bu dəyişiklikləri məcburi etmək üçün qanunvericiliyə əl atacaq.

Hökumət bildirib ki, şirkətlər üç ay ərzində tələb olunan tədbirləri həyata keçirməsələr, onları buna məcbur edən qanunvericilik təşəbbüsü irəli sürüləcək. Bu çərçivədə qaydalara əməl etməyən şirkətlərə qarşı cərimələr tətbiq oluna bilər. Rəsmi açıqlamada qeyd olunub ki, heç bir variant istisna edilmir və son çarə kimi tələbləri yerinə yetirməyən texnologiya şirkətlərinin rəhbərlərinin cinayət məsuliyyətinə cəlb olunması məsələsi də nəzərdən keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM