satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Qahirəyə səfər edib. O, Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinin icrası istiqamətindəki səylərlə bağlı Fələstin qruplarının və qarant ölkələrin (Misir və Qətər) nümayəndələri ilə danışıqlar aparıb.

 

NTV Türkiyə mediasına istinadla xəbər verir ki, Misirin paytaxtında Qəzza zolağı üzrə sülh prosesi, o cümlədən yerlərdə maneələrin aradan qaldırılmasına yönəlmiş “yol xəritəsi” layihəsi müzakirə olunub.

 

MİT rəhbərinin qatıldığı görüşlərdə əsas diqqət razılaşmaların birinci mərhələsi ilə əlaqədar öhdəliklərin yerinə yetirilməsinə, humanitar yardımların artırılmasına və yerlərdə sakitliyin qorunmasına dair tədbirlərin görülməsinə yetirilib.

 

Qeyd edək ki, Qəzzada atəşkəs rejimi 2025-ci il oktyabrın 10-da qüvvəyə minib. İlkin addımlar girovların müqabilində əsirlərin təhvil verilməsi, humanitar yardımların artırılması və Qəzza zolağından qoşunların qismən çıxarılması olub.

 

İkinci mərhələ anklavın idarəolunması və bərpası, beynəlxalq qüvvələrin yerləşdirilməsi, qoşunların çıxarılması və təhlükəsizliklə bağlı məsələlərinin həllini nəzərdə tutur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM