satellite   Azerspace-1: 11135 H 30000

Tacikistanın ən böyük buzlağına yeni rəsmi ad verilib

Tacikistanın ən böyük buzlağına yeni rəsmi ad verilib

Vançyax buzlağının adı rəsmi olaraq dəyişdirilərək “Tacikistan buzlağı” adlandırılıb.

NTV xəbər verir ki, bununla bağlı qərar Tacikistan Hökuməti tərəfindən 2026-cı il iyunun 3-də imzalanıb.

Əvvəllər Vançyax adı ilə tanınan Tacikistan buzlağı təkcə ölkənin deyil, həm də qütb bölgələri istisna olmaqla dünyanın ən böyük buzlağıdır. Onun uzunluğu 77 kilometr, sahəsi isə təxminən 700 kvadrat kilometrdir.

Sahəsinə görə Avrasiya qitəsinin buzlaqları arasında bu buzlaq yalnız Karakorum dağlarındakı Siaçen və Baltoro buzlaqlarından geri qalır. Siaçen buzlağının uzunluğu 76 kilometr, sahəsi 750 kvadrat kilometr, Baltoro buzlağının uzunluğu isə 62 kilometr, sahəsi isə 750 kvadrat kilometrdir.

Vançyax buzlaq sistemi 100 buzlağı əhatə edir.

2025-ci ildə buzlaq ərazisində elmi tədqiqatlar aparılıb. Tacikistan, Almaniya və Fransadan olan alimlərin iştirakı ilə RECAP (Pamirdə İqlim və Kriosfer Tədqiqatları) layihəsi çərçivəsində təşkil olunan beynəlxalq ekspedisiya 2025-ci il iyulun 19-dan avqustun 23-dək davam edib.

Ekspedisiyanın əsas məqsədi Mərkəzi Asiyanın ən mühüm şirin su mənbələrindən birində iqlim dəyişikliklərini və qlasioloji prosesləri öyrənmək üçün daimi və kompleks monitorinq sisteminin yaradılması olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM