satellite   Azerspace-1: 11135 H 30000

Vens: ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə çalışacaq

Vens: ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə çalışacaq

ABŞ İsrailin bu məsələdəki mövqeyindən asılı olmayaraq, İranla, o cümlədən onun nüvə proqramı ilə bağlı uzunmüddətli razılaşmanın əldə olunması istiqamətində səylərini davam etdirəcək.

NTV xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens “Fox News” telekanalına müsahibəsində bildirib.

“İranın nüvə proqramı ilə bağlı uzunmüddətli razılaşmaya nail ola bilərik. İsrail bunu bəyənsə də, bəyənməsə də, biz hesab edirik ki, belə bir razılaşma ABŞ-nin milli maraqlarına uyğundur. Buna görə də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”, – deyə Vens vurğulayıb.

O qeyd edib ki, Vaşinqton İranın nüvə proqramı ilə bağlı diplomatik həll yolunun tapılmasını prioritet hesab edir və bu məqsədlə danışıqlar prosesini davam etdirmək niyyətindədir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM