satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə MİT və Jandarma sosial şəbəkədə narkotik satanlara qarşı əməliyyat keçirib

Türkiyədə MİT və Jandarma sosial şəbəkədə narkotik satanlara qarşı əməliyyat keçirib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və Jandarmanın həyata keçirdiyi əməliyyatda sosial şəbəkə üzərindən narkotik satanlara qarşı əməliyyat keçirib.

NTV xəbər verir ki, bu barədə Türkiyənin "NTV" kanalı məlumat yayıb.

Bildirilib ki, İstanbulun 17 qəsəbəsində 49, Sakaryada isə 1 nəfər olmaqla cəmi 50 şübhəliyə axtarış prosesi həyata keçirilib və nəzarətə alınıb. Əməliyyatda 43 nəfər şübhəli şəxs tutulub.

Daha 7 nəfər şübhəli şəxsin tutulması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilib.

Şübhəlilərin ünvanlarında həyata keçiriliən əməliyyat axtarış tədbirləri nəticəsində 60 qram heroin, 10 qram kokain, 25 ədəd həb, 26 min euro, 11 min 150 lirə, 2 tapança, 9 fişəng və 2 sursat ələ keçirilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM