İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının Xan Yunis bölgəsində HƏMAS-a məxsus Dəniz Polisi qərargahına zərbələr endirib.
NTV İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə İMQ məlumat yayıb. Bildirilib ki, həmin obyekt hücumların planlaşdırılması və həyata keçirilməsi üçün istifadə olunub.
Əməliyyat zamanı HƏMAS-ın komandirlərindən biri İsmayıl Əl-Ləham da daxil olmaqla bir neçə silahlı şəxs öldürülüb.
Həmçinin qeyd olunub ki, İsrail qüvvələri ötən həftə Qəzzanın cənubunda HƏMAS-a məxsus üç silah anbarını məhv edib. Əməliyyatlar zamanı ərazilərdə ikinci dərəcəli partlayışların baş verdiyi bildirilib.
