Yaxın Şərqdə münaqişə balayandan bəri Qətərin nəzarətində olan sayca 5-ci mayeləşdirilmiş təbii qaz (LNG) tankeri Hörmüz boğazından keçib.
NTV xarici mediaya istinadla xəbər verir ki, “Kpler” və LSEG kimi gəmi izləmə şirkətlərinin məlumatlarına görə, “QatarEnergy” tərəfindən idarə olunan “Al Daayen” adlı tanker ilk dəfə iyunun 4-5-də Qətər sahillərində olub. Tanker ötən gün gəmi izləmə sistemlərində yenidən görülüb. Gəmi hazırda Hörmüz boğazının şərqindədir və Çinə doğru hərəkət edir. “Kpler”in məlumatına görə, tanker iyunun 1-də Qətərin “Ras Laffan” terminalında yüklənib. Bununla da münaqişənin əvvəlindən indiyədək boğazdan keçən LNG tankerlərinin ümumi sayı 9-a çatıb.
Bundan başqa, “Vortexa” analitika şirkətinin məlumatına görə, Hindistana yük boşaltdıqdan sonra boş bir LNG tankeri yenidən Hörmüz boğazına daxil olub.
