satellite   Azerspace-1: 11135 H 30000

Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb

Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb

Çinin “Baidu” texnologiya şirkəti ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) qara siyahısına daxil edilməsini əsassız sayır.

NTV xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir. “Şirkətimiz Çinin müdafiə sənayesində nə hərbi müəssisə, nə də hərbi-mülki müəssisə olmadığı üçün bu siyahıya daxil edilməyimiz üçün heç bir hüquqi əsas görmürük”, - deyə açıqlamada vurğulanır. Həmçinin qeyd olur ki, ABŞ hökumətinin bu siyahı ilə bağlı satınalma məhdudiyyətləri şirkətin fəaliyyətinə təsir göstərməyəcək.

Pentaqon son olaraq Çinin daha üç şirkətini - “Alibaba”, “Baidu” və “BYD” şirkətlərini özünün qara siyahısına əlavə edib. Çin hərbi şirkətlərinin müvafiq sıyahısı 2021-ci ildən bəri dərc olunur. Siyahıya daxil edilmək dərhal sanksiyalara səbəb olmur, lakin siyahıdakı şirkətlərə ABŞ ordusu üçün podratçı kimi xidmət etmək qadağandır. Bu, eyni zamanda, həmin şirkətlərin tezliklə ticarət və ya digər məhdudiyyətlərə məruz qala biləcəyinə dair investorlara işarə verə bilər.

Hazırda siyahıya daxil edilən Çin şirkətlərinin sayı 100-ü ötüb. Buraya aviaşirkətlər, elektron avadanlıq istehsalçıları, habelə tikinti, logistika və rabitə sahələrində xidmət tədarükçüləri daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM