satellite   Azerspace-1: 11135 H 30000

Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb

Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb

Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında vəba xəstəliyindən ölənlərin sayı 74 nəfərə çatıb.

NTV “Reuters”ə istinadla xəbər verir ki, bu barədə “Sərhədsiz Həkimlər” təşkilatı məlumat yayıb. Bildirilib ki, may ayından bəri qeydə alınan yoluxma hallarının sayı 7 min 850-yə yüksəlib. Xəstəlik ştatın 36 rayonuna yayılıb və yoluxmaların yarıdan çoxu ştatın paytaxtı Mayduquri şəhərində qeydə alınıb.

Məlumata görə, Nigeriya hökuməti və beynəlxalq tərəfdaşlar xəstəliyin yayılmasının qarşısını almaq üçün su, sanitariya və gigiyena sistemlərinin gücləndirilməsi, həmçinin müalicə mərkəzlərinin hazırlığı istiqamətində tədbirlər həyata keçirirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM