satellite   Azerspace-1: 11135 H 30000

Media: Türkiyə bankları Suriyada öz şöbələrini açacaq

Media: Türkiyə bankları Suriyada öz şöbələrini açacaq

Türkiyənin bank strukturları Suriyada ofislər açacaq. NTV xəbər verir ki, bu barədə “Türkiye” qəzeti Qaziantepdə keçirilən Türkiyə-Suriya İqtisadi Forumunun nəticələrini şərh edərkən məlumat verib.

Nəşrdə Türkiyənin ticarət naziri Ömer Bolatın Ankaranın qonşu ölkə ilə ticarət dövriyyəsini artırmağa (2030-cu ilə qədər 10 milyard dollara çatdırmağa - red.) hazır olması barədə açıqlaması vurğulanıb.

Türkiyənin ticarət naziri Dəməşqin bank sektoru ilə bağlı qanunvericilik də daxil olmaqla milli qanunvericilikdə dəyişiklik etmək səylərinə diqqət çəkib. “Bu məsələ Suriya və Türkiyənin mərkəzi bankları səviyyəsində müzakirə olunur. Suriya milli valyutasının çap edilməsi ehtimalı da nəzərdən keçirilir”, -deyə Bolat bildirib.

Ankara, həmçinin Türkiyənin İskəndərun və Suriyanın Latakiya şəhərləri arasında bərə xidmətinin açıldığını da elan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM