satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın Çeboksarı şəhəri və Samara vilayəti raket və dron hücumlarına məruz qalıb

Rusiyanın Çeboksarı şəhəri və Samara vilayəti raket və dron hücumlarına məruz qalıb

Çeboksarı raket hücumuna məruz qalıb, bu şəhərdə itkilər və zədələnmiş infrastruktur barədə məlumatlar hazırda dəqiqləşdirilir.

NTV  xəbər verir ki, bu barədə RF Çuvaşiya Respublikasının rəhbəri Oleq Nikolaev açıqlama verib.

“Çeboksarı bu səhər raket hücumuna məruz qalıb. Hazırda itkilərin və zədələnmiş infrastrukturun sayı dəqiqləşdirilir”, - deyə o bildirib.

Regional hökumətin məlumatına görə, Çuvaşiya Təhsil Nazirliyi təhlükə aradan qaldırılana qədər təhsil müəssisələrindən uzaq durmağı tövsiyə edib.

Bundan əlavə, Samara vilayətinə kütləvi dron hücumu edilib. Regionun qubernatoru Vyaçeslav Fedorişevin sözlərinə görə, hava hücumundan müdafiə sistemləri və mobil döyüş qrupları onlarla dronu vurub.

O əlavə edib ki, hücum nəticəsində bir neçə sənaye obyektinə ziyan dəyib. Bölgənin üç sakini yaralanıb və onlara lazımi tibbi yardım göstərilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM