Türkiyə Ankarada keçiriləcək NATO sammitinin alyans tarixində əlamətdar hadisə olacağına ümid edir.
NTV "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə iyunun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın sammitdə iştirakı Şimali Atlantika blokunun birliyinin möhkəmləndirilməsinə kömək edən mühüm amil olacaq:
"Donald Trampın sammitdə şəxsən iştirakı alyansın həmrəyliyi baxımından mühüm addım olacaq. Sammitin NATO tarixində əlamətdar hadisəyə çevrilməsi üçün hazırlıqları sürətləndirmişik".
Xatırladaq ki, NATO-nun Ankara sammiti iyulun 7–8-də keçiriləcək.
