satellite   Azerspace-1: 11135 H 30000

ABŞ NATO-ya təqdim etdiyi qırıcıların sayını azaltmağı planlaşdırır

ABŞ NATO-ya təqdim etdiyi qırıcıların sayını azaltmağı planlaşdırır

ABŞ NATO-nun Avropadakı əməliyyatları üçün təqdim etdiyi qırıcı təyyarələrin sayını üçdə birədək azaltmağı, digər təyyarə və gəmilərinin bir hissəsini isə geri qaytarmağı planlaşdırır.

NTV  xəbər verir ki, “The New York Times” qəzeti bu barədə əldə etdiyi sənədlərə istinadla məlumat yayıb. Məlumata görə, ABŞ F-16 və F-15E qırıcılarının sayını 150 ədəddən 100 ədədə endirmək istəyir. Bundan əlavə, Vaşinqton dəniz kəşfiyyat təyyarələrinin bir hissəsini geri çəkmək və onların sayını 26-dan 15-ə endirmək niyyətindədir. ABŞ, həmçinin səkkiz yanacaqdoldurma təyyarəsinin hamısını bölgədən çıxarmağı planlaşdırır. Pentaqon sualtı qayıqlardan birinin və aviadaşıyıcı qrupun, yəni onlarla qırıcı təyyarə və gəminin dislokasiya yerini də dəyişəcək.

Pentaqon məlumata şərh verməkdən yayınıb.

Xatırladaq ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp “The Daily Telegraph” qəzetinə müsahibəsində Birləşmiş Ştatların NATO-dakı iştirakını yenidən nəzərdən keçirməyi düşündüyünü bildirib. O alyansı İranla müharibədə Vaşinqtonu dəstəkləməməkdə ittiham edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM