satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyanın imperator ailəsinin qadınları taxta çıxmaq hüququ əldə etməyəcək

Yaponiyanın imperator ailəsinin qadınları taxta çıxmaq hüququ əldə etməyəcək

Yaponiya parlamenti iyulun 17-də İmperator evi haqqında qanuna düzəlişlər qəbul etsə də, qadınların taxt-taca buraxılmasına geniş ictimai dəstəyin olmasına baxmayaraq, Xrizantema taxta yalnız kişi varislərin çıxa bilcəyinə dair qüvvədə olan prinsipi saxlayıb.

NTV xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.

Düzəlişlər sülalənin keçmiş yan qollarından olan 15 yaşından yuxarı subay kişilərin imperator ailəsinin tərkibinə qəbul edilməsinə icazə verir. Onların övladları gələcəkdə taxta varis ola biləcəklər.

Bundan əlavə, imperator ailəsinin qadın üzvləri imperator mənşəli olmayan şəxslərlə nikaha daxil olduqdan sonra öz statuslarını qoruya biləcəklər. Bununla belə, onların həyat yoldaşları və uşaqları imperator ailəsinin üzvü hesab edilməyəcək və taxta varis olmaq hüququ əldə etməyəcəklər.

Eyni zamanda, dəyişikliklər imperator Naruhitonun qızı şahzadə Aikoya və imperator ailəsinin digər qadınlarına da taxta çıxmaq hüququ vermir. Hazırda yeganə gənc vəliəhd imperator Naruhitonun qardaşı oğlu, 19 yaşlı şahzadə Hisahitodur. Əgər onun oğlu olmasa, taxt-taca varislik məsələsi yenidən aktuallaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM