satellite   Azerspace-1: 11135 H 30000

BMT Baş katibinin Kiprə səfəri planlaşdırılır

BMT Baş katibinin Kiprə səfəri planlaşdırılır

Səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatacaq BMT-nin Baş katibi Antonio Quterreş Kiprə son səfərini edəcək.

NTV xəbər verir ki, BMT Baş katibinin Kiprin türk və yunan hissələrinin liderləri ilə görüşlərinin 27-28 iyul tarixlərində keçirilməsi gözlənilir.

Səfər zamanı Quterreşi BMT Baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi Mariya Anxela Olqin Kuelyar müşayiət edəcək.

Qarşıdan gələn ikitərəfli və üçtərəfli müzakirələrin məqsədi Kipr üzrə tammiqyaslı danışıqların bərpasıdır.

Quterreş Şimali Kipr Cümhuriyyətinin Prezidenti Tufan Erhürman və adanın yunan hissəsinin lideri Nikos Xristodulideslə birlikdə BMT sülhməramlı missiyasının adadakı qərargahında ayrıca görüş keçirəcək.

BMT Baş katibinin Kiprlə bağlı ilk əhəmiyyətli təşəbbüsü 2017-ci ildə İsveçrədə qarant ölkələrin (Türkiyə, Yunanıstan və Birləşmiş Krallıq – redaktorun qeydi) iştirakı ilə konfrans təşkil etmək olub. Kiprli yunanların danışıqları tərk etməsindən sonra müzakirələr dalana dirənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM