satellite   Azerspace-1: 11135 H 30000

Suriya: İraqdan gələn silah qaçaqmalçılığı cəhdinin qarşısı alınıb - FOTOLAR

Suriya: İraqdan gələn silah qaçaqmalçılığı cəhdinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font> Suriya: İraqdan gələn silah qaçaqmalçılığı cəhdinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font> Suriya: İraqdan gələn silah qaçaqmalçılığı cəhdinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font>

Suriya hakimiyyəti İraqdan ölkəyə qanunsuz yolla gətirilən raket və silah partiyasının ələ keçirildiyini açıqlayıb.

NTV SANA xəbər agentliyinə istinadla bildirir ki, neft sisternində gizlədilən yük ət-Tənf sərhəd-keçid məntəqəsində aşkarlanıb. İlkin araşdırmalara əsasən, silahların Livandakı "Hizbullah" hərəkatına göndərilməsi planlaşdırılıb.

Məlumata görə, müsadirə edilən yükə raketlər, pilotsuz uçuş aparatları və zireh əleyhinə silahlar daxil olub.

Bağdadda isə Birgə Əməliyyatlar Komandanlığı Baş nazir Əli Zeydinin göstərişi ilə hadisənin təfərrüatının araşdırılması üçün xüsusi komissiyanın yaradıldığını açıqlayıb. Bildirilib ki, komissiya Suriya tərəfi ilə koordinasiyalı şəkildə araşdırma aparacaq və səhlənkarlıq etmiş şəxslər barəsində qanunauyğun tədbirlər görüləcək.

İraq mənbələrinin məlumatına görə, araşdırma çərçivəsində sisternin əl-Vəlid sərhəd-keçid məntəqəsindən keçməsi, yoxlama prosedurları, həmçinin bəzi vəzifəli şəxslər və silahlı qrupların mümkün əlaqəsi ilə bağlı iddialar da nəzərdən keçirilir. "Hizbullah" hərəkatı isə ittihamlarla bağlı hələlik açıqlama verməyib.

Suriya hakimiyyəti əməliyyatın nəqliyyat vasitəsinin izlənilməsi və yoxlanılması nəticəsində həyata keçirildiyini bildirib. İraq tərəfi isə birgə sərhəd təhlükəsizliyinin gücləndirilməsi və oxşar halların təkrarlanmaması üçün əlavə tədbirlərin görüldüyünü vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM