satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyada dövlət bayrağının təhqiri cinayət hesab ediləcək

Yaponiyada dövlət bayrağının təhqiri cinayət hesab ediləcək

Yaponiya parlamenti dövlət bayrağının qəsdən təhqir edilməsini və ya zədələnməsini cinayət hesab edən qanun layihəsini qəbul edib.

NTV Jiji Press agentliyinə istinadla xəbər verir ki, yeni qanuna əsasən, dövlət bayrağını ictimai şəkildə təhqir edən şəxsləri 2 ilədək həbs və ya 200 min yenədək cərimə gözləyir.

Qanunun rəsmi dərc edildikdən 20 gün sonra qüvvəyə minəcəyi gözlənilir. Sənədin qəbulu zamanı bəzi müxalifət nümayəndələri bunun ifadə azadlığına mənfi təsir göstərə biləcəyini bildiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM