satellite   Azerspace-1: 11135 H 30000

Almaniya və Fransa müdafiə sahəsində yeni layihələr həyata keçirməyə hazırlaşır

Almaniya və Fransa müdafiə sahəsində yeni layihələr həyata keçirməyə hazırlaşır

Almaniya və Fransa uğursuzluqla nəticələnmiş birgə döyüş təyyarəsi proqramından sonra müdafiə sahəsində əməkdaşlığa yeni dinamika qazandırmaq niyyətini açıqlayıb.

NTV xəbər verir ki, Kansler Fridrix Merts və Prezident Emmanuel Makron illik hökumətlərarası görüşdə nüvə çəkindirməsi, raketdən müdafiə, uzaqmənzilli zərbə imkanları və digər birgə layihələrin inkişafını müzakirə edəcəklər. Tərəflər ötən ay sənaye tərəfdaşları arasında fikir ayrılıqları səbəbindən dayandırılan FCAS qırıcı təyyarə layihəsinin yaratdığı boşluğu digər təşəbbüslərlə kompensasiya etməyə çalışır. Gündəlikdə radar sistemləri, “döyüş buludu” texnologiyası və Avropanın müdafiə potensialının gücləndirilməsi üzrə yeni koordinasiya mexanizmlərinin yaradılması da yer alır. Berlin və Paris əməkdaşlığın NATO-nu tamamlayan və Avropanın təhlükəsizlik imkanlarını möhkəmləndirən istiqamətdə inkişaf etdirilməsinin vacibliyini vurğulayırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM