Küveytin Silahlı Qüvvələri sübhdən etibarən ölkənin hava məkanında ballistik raketlər və pilotsuz uçuş aparatları qeydə alır.
NTV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi polkovnik Səud Əbdüləziz əl-Atvan məlumat verib, onun sözlərini qurumun mətbuat xidməti yayıb.
Onun sözlərinə görə, raketlər zərərsizləşdirilib.
"İranın hücumları hərbi və təhlükəsizlik obyektlərinə, həmçinin neft, enerji və su infrastrukturuna yönəlib. Bir sıra obyektlərdə yanğınlar olub, əhəmiyyətli dərəcədə maddi ziyan dəyib. Yanğınların söndürülməsi və bərpa işləri zamanı yanğınsöndürmə xidmətinin bir neçə əməkdaşı və neft sektorunun işçiləri xəsarət alıb. Onlara lazımi tibbi yardım göstərilir", - əl-Atvan deyib.
Raketlərin zərərsizləşdirilməsi nəticəsində qalıqlar bir neçə yerə, o cümlədən yaşayış rayonlarına düşərək maddi ziyan vurub. Əhali arasında xəsarət alan yoxdur.
