satellite   Azerspace-1: 11135 H 30000

İordaniya İranın müvəqqəti işlər vəkilini XİN-ə çağırıb

İordaniya İranın müvəqqəti işlər vəkilini XİN-ə çağırıb

İordaniya Xarici İşlər Nazirliyi (XİN) İranın Əmmandakı müvəqqəti işlər vəkilini ölkə ərazisinə endirilən hücumlarla bağlı etirazını bildirmək üçün nazirliyə çağırıb.

NTV xəbər verir ki, bu barədə İordaniya Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, görüş zamanı İranın İordaniya ərazisinə qarşı davam edən hücumları ilə əlaqədar Tehrana kəskin etiraz ifadə olunub. Həmçinin İran rəsmilərinin "təxribat xarakterli və gərginliyi artıran" bəyanatları ilə bağlı narazılıq qarşı tərəfin diqqətinə çatdırılıb.

Qeyd edək ki, son günlər İran Yaxın Şərqdə, o cümlədən İordaniyada ABŞ hədəflərinə qarşı bir sıra zərbələr endirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM