satellite   Azerspace-1: 11135 H 30000

Argentina Prezidenti milli komandanın şərəfinə qeyri-iş günü elan edə bilər

Argentina Prezidenti milli komandanın şərəfinə qeyri-iş günü elan edə bilər

Argentina Prezidenti Xavyer Miley futbol üzrə milli komandanın dünya çempionatındakı çıxışını azarkeşlərlə qeyd etmək qərarına gələrsə, həmin günün ölkədə qeyri-iş günü elan olunacağını bildirib.

NTV xəbər verir ki, dövlət başçısı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, bayram tədbirlərinin keçiriləcəyi tarix futbolçular və məşqçilər korpusu tərəfindən müəyyənləşdirildikdən sonra həmin gün rəsmi istirahət günü elan ediləcək.

X.Miley DÇ-2026-nın finalından sonra Argentina millisinə də təşəkkür edib: "Çox sağ olun, uşaqlar. Sonadək mübarizə apardınız. Argentina hər zaman zirvədədir".

Qeyd edək ki, yığma dünya çempionatının finalında əlavə vaxtda İspaniyaya 0:1 hesabı ilə məğlub olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM