satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda Gürcüstandan idarə edilən və 20 mindən çox oyunçusu olan onlayn-kazino bağlanıb

Qazaxıstanda Gürcüstandan idarə edilən və 20 mindən çox oyunçusu olan onlayn-kazino bağlanıb

Şimali Qazaxıstan vilayətində fəaliyyət göstərən “Nomad Poker” irimiqyaslı onlayn-kazinosunun fəaliyyəti dayandırılıb.

NTV xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Maliyyə Monitorinqi Agentliyi məlumat yayıb.

Qeyri-qanuni qumar biznesi Gürcüstanda olan Qazaxıstan vətəndaşları tərəfindən idarə edilib.

Günün 24 saatı aktiv olan qumar platformasına 20 mindən çox istifadəçi cəlb edilib. Pul axınlarını gizlətmək məqsədilə təşkilatçılar 400 ABŞ dollarınadək mükafat müqabilində, xüsusi olaraq Qazaxıstana gətirilən xarici vətəndaşların adına bank kartları rəsmiləşdiriblər.

Oyunçulardan daxil olan vəsaitin ümumi məbləği 7,5 milyard tengədən (təxminən 15,9 milyon ABŞ dolları) çox olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM