İsrailli oftalmoloqlar qlaukoma cərrahiyyəsində diaqnostika və müalicənin effektivliyini artırmağa yönəlmiş yeni tədqiqatların nəticələrini təqdim ediblər.
NTV İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, İsrail Oftalmologiya Assosiasiyasının illik konfransında təqdim olunan araşdırmalarda görmə sahəsi testləri, optik koherent tomoqrafiya (OKT) və klinik qiymətləndirmənin birlikdə tətbiqinin hər bir xəstə üçün daha dəqiq cərrahi qərarların qəbuluna imkan verdiyi bildirilib.
Mütəxəssislərin fikrincə, müasir görüntüləmə texnologiyalarından istifadə qlaukomanın diaqnostikasını dəqiqləşdirərək müalicənin nəticələrini yaxşılaşdıra bilər.
