satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti Kipr türklərini dəstəkləmək əzmini ifadə edib

Türkiyə Prezidenti Kipr türklərini dəstəkləmək əzmini ifadə edib

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Kipr türklərini dəstəkləməyə davam etmək əzmini ifadə edib.

NTV xəbər verir ki, Türkiyə lideri sosial mediada Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhməramlı əməliyyatının başlamasının 52-ci ildönümünü qeyd edən paylaşım edib.

Prezident Şimali Kiprin qarant ölkəsi olaraq, Türkiyənin haqlı mübarizəsində Kipr türk xalqını heç vaxt tərk etməyəcəyinə əminlik ifadə edib.

Dövlət başçısı şəhidlərin xatirəsini ehtiramla yad edib və Kiprdəki əməliyyatın veteranlarına minnətdarlığını bildirib.

“Kipr türklərini 20 İyul - Sülh və Azadlıq Bayramı münasibətilə ürəkdən təbrik edirəm və kiprli qardaşlarıma salamlarımı çatdırıram”, - deyə Prezident Ərdoğan paylaşımına davam edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM