satellite   Azerspace-1: 11135 H 30000

BƏƏ Venesuelaya 70 ton humanitar yardım göndərib

BƏƏ Venesuelaya 70 ton humanitar yardım göndərib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Venesuelada baş vermiş iki zəlzələdən sonra ölkəyə 70 ton humanitar yardım göndərib.

NTV WAM informasiya agentliyinə istinadla xəbər verir ki, yardım yükünə tibbi ləvazimatlar, çadırlar və müvəqqəti sığınacaq üçün nəzərdə tutulan materiallar daxildir.

BƏƏ Yardım Agentliyindən bildirilib ki, yardım zəlzələdən zərər çəkənlərin təxirəsalınmaz ehtiyaclarının ödənilməsinə, Venesuela hakimiyyətinin xilasetmə və bərpa işlərinə dəstək məqsədi daşıyır.

Venesuela rəsmiləri BƏƏ-nin operativ dəstəyini yüksək qiymətləndirərək, bu ölkənin tələb olunan tibbi ləvazimatları ilk göndərən dövlət olduğunu bildiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM