satellite   Azerspace-1: 11135 H 30000

CBS: İranın zərbələri nəticəsində 100-ə yaxın ABŞ hərbçisi yaralanıb

CBS: İranın zərbələri nəticəsində 100-ə yaxın ABŞ hərbçisi yaralanıb

İranın bu ay Yaxın Şərqdəki ABŞ hərbi bazalarına endirdiyi zərbələr nəticəsində 100-ə yaxın amerikalı hərbçi yaralanıb.

NTV xəbər verir ki, bu barədə “CBS News” Pentaqon rəsmilərinə istinadla məlumat yayıb.

Bildirilir ki, yaralanan hərbçilərin əksəriyyəti artıq xidmətə qayıdıb.

ABŞ müdafiə nazirinin ictimai əlaqələr üzrə köməkçisi Şon Parnell məlumatı təsdiqləyərək bildirib ki, iyulun 7-dən bəri müxtəlif dərəcəli xəsarət alan hərbçilərin təxminən 96 faizi yenidən xidmətə başlayıb. Onun sözlərinə görə, yaralanmaların əksəriyyəti yüngül beyin silkələnməsi ilə bağlıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM