satellite   Azerspace-1: 11135 H 30000

Britaniyanın yeni Baş naziri Zelenskiyə Ukraynaya dəstəyin davam edəcəyini bildirib

Britaniyanın yeni Baş naziri Zelenskiyə Ukraynaya dəstəyin davam edəcəyini bildirib

Böyük Britaniyanın yeni Baş naziri Endi Börnham Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında ölkəsinin Kiyevə dəstəyini davam etdirəcəyini bəyan edib.

NTV xəbər verir ki, bu barədə Baş nazirin Ofisi məlumat yayıb.

Məlumata görə, Endi Börnham Böyük Britaniyanın Ukrayna xalqına dəstəyə sadiq qaldığını və Rusiyaya münasibətdə mövcud siyasətini davam etdirəcəyini vurğulayıb.

Telefon danışığı zamanı Baş nazir Zelenskini Böyük Britaniyaya dəvət edib və Ukraynanın, eləcə də Avropanın müdafiəsinin gücləndirilməsi məsələlərini müzakirə etmək niyyətində olduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM