satellite   Azerspace-1: 11135 H 30000

WSJ: ABŞ Yaxın Şərqdəki hərbi bazalarının müdafiəsində çətinliklərlə üzləşir

WSJ: ABŞ Yaxın Şərqdəki hərbi bazalarının müdafiəsində çətinliklərlə üzləşir

İranın son raket hücumları ABŞ-nin Yaxın Şərqdə yerləşdirilmiş hərbi qüvvələrinin müdafiəsində mövcud çətinlikləri üzə çıxarıb.

NTV xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri yazıb.

Nəşrin məlumatına görə, İordaniyadakı Müvəffəq Salti aviabazasına hücum zamanı üç raketin ABŞ-nin hava hücumundan müdafiə sistemlərini keçməsi Vaşinqtonun bölgədəki təxminən 50 min hərbçisinin təhlükəsizliyinin təmin olunmasında problemlərin qaldığını göstərir.

Qəzet, həmçinin İranın hələ də əhəmiyyətli sayda raket və pilotsuz uçuş aparatına malik olduğunu qeyd edib.

Xatırladaq ki, “CBS News” daha əvvəl İranın iyul ayında Yaxın Şərqdəki ABŞ bazalarına endirdiyi zərbələr nəticəsində 100-ə yaxın amerikalı hərbçinin yaralandığını bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM