satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də 5 nəfər boğulan şəxsi xilas edərkən ölüb

ABŞ-də 5 nəfər boğulan şəxsi xilas edərkən ölüb

İyulun 19-u axşam ABŞ-nin Ohayo ştatında Sayoto çayında boğulan kişini xilas etməyə çalışan 5 nəfər ölüb.

NTV xəbər verir ki, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, iki uşaq da daxil olmaqla 7 nəfərdən ibarət qrup çay kənarında istirahət edirmiş. Böyüklərdən biri suya girib, lakin boğulmağa başlayıb. Digər dörd böyük ona kömək etməyə çalışıb, ancaq nəticədə onların beşi də suyun altında yoxa çıxıb.

Bundan sonra uşaqlardan biri yola qaçaraq yoldan keçən avtomobil sürücüsündən kömək istəyib. Hadisə yerinə gələn xilasedicilər suda iki qadının meyitini aşkar ediblər. Növbəti gün isə üç kişinin meyiti tapılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM