satellite   Azerspace-1: 11135 H 30000

İsrail ABŞ-yə İranın minlərlə nüvə sentrifuqasının yerini dəyişdirdiyini bildirib

İsrail ABŞ-yə İranın minlərlə nüvə sentrifuqasının yerini dəyişdirdiyini bildirib

İsraildə hesab edirlər ki, İran minlərlə nüvə sentrifuqasını "Pikeks-Mauntin" obyektinə köçürərək onları yerin dərinliklərində yerləşdirib ki, bu da onlara havadan zərbələr endirilməsini çətinləşdirir.

NTV "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə nəşrin mənbələri məlumat yayıb.

Qeyd olunub ki, İsrail ABŞ-ni öz kəşfiyyat məlumatları barədə məlumatlandırıb. Həmin məlumatlara əsasən, Tehran 2025-ci ilin iyununda baş vermiş 12 günlük müharibədən sonra ötən ilin payızında avadanlıqların yerini dəyişdirib.

Münaqişə zamanı ABŞ İranın yeraltı nüvə obyektlərinə zərbələr endirmək üçün "B-52" bombardmançı təyyarələrindən istifadə edib.

Bu ayın əvvəlində "CNN" peyk görüntülərində "Pikeks-Mauntin" rayonundakı obyektdə yük maşınlarının hərəkətinin müşahidə edildiyini bildirib ki, bu da İranın öz nüvə obyektlərini bərpa etmək cəhdlərindən xəbər verə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM