satellite   Azerspace-1: 11135 H 30000

SEPAH Hörmüz boğazından keçməyə çalışan neft tankerlərini dayandırıb

SEPAH Hörmüz boğazından keçməyə çalışan neft tankerlərini dayandırıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından icazəsiz keçməyə cəhd edən iki neft tankerini dayandırdığını açıqlayıb.

NTV “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, SEPAH-ın bu gün yaydığı bəyanata görə, gəmilər xəbərdarlıqlara məhəl qoymadan boğazı təhlükəli olan cənub hissəsindən keçməyə cəhd edib. Açıqlamaya görə, gəmilərdə baş verən partlayış böyük yanğına səbəb olub.

SEPAH əlavə edib ki, Hörmüz boğazı ABŞ-nin regiondakı əməliyyatları davam etdiyi təqdirdə bağlı qalacaq.

Eyni zamanda, Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi bildirib ki, bu gün Hörmüz boğazında bir neft tankeri naməlum cisimlə hədəfə alınıb. Nəticədə ekipaj gəmini tərk edərək ehtiyat xilas qayığı ilə təxliyə olunublar.

Britaniya İdarəsinin bəyanatında, həmçinin bildirilib ki, gün ərzində digər gəminin də naməlum mərmi ilə hədəf alınması xəbərini alıblar. Hadisə Omanın Lima şəhərinin şərqindən 8 dəniz mili məsafədə baş verib. Gəmi heyətinin təxliyə olunduğu bildirilir. Hadisənin ekoloji təsirlərinin olub olmaması barədə məlumat verilmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM