satellite   Azerspace-1: 11135 H 30000

Qvineya müstəmləkəçilik dövründə Fransaya aparılmış əlyazmaların qaytarılmasını tələb edir

Qvineya müstəmləkəçilik dövründə Fransaya aparılmış əlyazmaların qaytarılmasını tələb edir

Qvineya hökuməti müstəmləkəçilik dövründə Fransaya aparılmış tarixi əlyazmaların və mədəni irs nümunələrinin geri qaytarılması üçün rəsmi Parisə müraciət edib.

NTV xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

Bildirildiyinə görə, iyunun ortalarında Qvineya nümayəndə heyəti Parisdəki Ordu Muzeyində Qərbi Afrikada Fransa müstəmləkəçiliyinə qarşı müqavimətin əsas simalarından biri olan Samori Turəyə aid edilən əlyazma ilə bağlı araşdırma aparıb. Muzeyin fondlarında təxminən 50 ildir saxlanılan bu sənəd "Samori Turənin Qurani-Kərimi" kimi tanınsa da, əslində, ərəb dilində yazılmış Quran şərhlərindən ibarətdir. Samori Turənin papağı, milçəkqovanı və döyüş geyimi də müsadirə edilən əşyalar sırasındadır. O, 1898-ci ildə Fransa ordusu tərəfindən əsir götürüldükdən sonra Qabona sürgün olunub və 1900-cü ildə orada vəfat edib.

Qvineyanın Mədəniyyət Nazirliyi, eyni zamanda, ölkənin yazılı irsinin qaytarılması üçün rəsmi prosedura başlayıb. Bu, 1968-ci ildə Qvineyanın ilk prezidenti Əhməd Seku Turənin “Samori Turənin Quranı”nın, qılıncının və ənənəvi geyiminin qaytarılmasını tələb etməsindən sonra bu sahədə ilk genişmiqyaslı təşəbbüs hesab olunur.

Qvineya bu addımı Fransada 2026-cı ilin mayında qəbul edilən və mədəni sərvətlərin xarici dövlətlərə fərdi qanun qəbul olunmadan hökumətin qərarı ilə qaytarılmasını asanlaşdıran yeni qanundan sonra atıb.

Bundan başqa, Paris, Kan, La Roşel, Bordo və Havr şəhərlərində saxlanılan digər əlyazmaların da geri qaytarılması istənilir. Qvineyalı mütəxəssislər hazırda bu sənədlərin müəyyənləşdirilməsinin və kataloqlaşdırılmasının üzərində çalışırlar.

Araşdırmalara görə, bəzi əlyazmalar səhvən “Qurani-Kərim”in nüsxələri kimi qeydiyyata alınıb. Halbuki onların arasında dini şərhlər, Məhəmməd Peyğəmbərin bioqrafiyaları və s. də var.

Qvineya, həmçinin Timbu, Kankan və Dingiray müstəmləkəçiliklərindən əvvəlki əlyazmaları da geri almağı hədəfləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM