Bolqarıstanda baş verən güclü fırtına nəticəsində bir sıra şəhərlərdə ağaclar aşıb, küçələri su basıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb və əmlaka ziyan dəyib.
NTV Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, ən çox zərər Plovdiv, Yambol, Sandanski, Petriç və Blaqoevqrad şəhərlərində qeydə alınıb. Blaqoevqrad vilayətində ildırım çaxması nəticəsində meşədə yanğın qeydə alınıb.
Məlumata görə, aidiyyəti qurumların operativ müdaxiləsi nəticəsində yollar təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib
