satellite   Azerspace-1: 11135 H 30000

Suriyada Livana aparılması planlaşdırılan qumbaralar aşkarlanıb

Suriyada Livana aparılması planlaşdırılan qumbaralar aşkarlanıb

Suriya hakimiyyəti Livana aparılan 226 qumbaranın aşkarlandığını açıqlayıb.

NTV “əl-Hədəs” telekanalına istinadla bildirir ki, maşında gizlədilən RGC tipli qumbaralar Cədidə Yabus sərhəd-keçid məntəqəsində aşkarlanıb.

Xatırladaq ki, ötən həftə Suriya hakimiyyəti İraqdan ölkəyə qanunsuz yolla gətirilən raket və silah partiyasının ələ keçirildiyini açıqlayıb. Neft sisternində gizlədilən yük ət-Tənf sərhəd-keçid məntəqəsində aşkarlanıb. İlkin araşdırmalara əsasən, silahların Livandakı "Hizbullah" hərəkatına göndərilməsi planlaşdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM