satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna 48 saat ərzində Qara və Azov dənizlərində Rusiyanın 13 gəmisinə hücum edib

Ukrayna 48 saat ərzində Qara və Azov dənizlərində Rusiyanın 13 gəmisinə hücum edib

Ukrayna son 48 saat ərzində Qara və Azov dənizlərinin akvatoriyalarında Rusiyaya məxsus 13 gəmiyə dronlarla hücum edib.

NTV "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi bildirib.

Onun sözlərinə görə, iyulun 21-22-də Ukrayna hərbçiləri 13 Rusiya gəmisinə zərbələr endiriblər. Zərbələr həmin gəmilərin Ukrayna sularında "düşmən ölkənin maraqları naminə" istifadəsini qeyri-mümkün etmək məqsədilə həyata keçirilən əməliyyat çərçivəsində endirilib.

Bəyanata əsasən, 10 quru yük gəmisi, 2 yedək gəmisi və 1 tanker zərbəyə məruz qalıb.

Brovdi həmçinin bildirib ki, iyulun 6-dan 22-dək "MoLoÇKa" əməliyyatı çərçivəsində Rusiyanın 196 üzən vasitəsi vurulub. Onlardan 126-sı Azov dənizində, daha 70-i isə Qara dənizdə olub.

Onun sözlərinə görə, Pilotsuz Sistemlər Qüvvələri "Krımski rubilnik off" əməliyyatını davam etdirir. 21–22 iyul tarixlərində Ukrayna dronları 13 enerji qovşağı və elektrik yarımstansiyasına, o cümlədən işğal altındakı Krımda 11 obyektə və Rusiyanın nəzarəti altında olan digər ərazilərdəki iki obyektə zərbələr endirib.

Komandanın məlumatına görə, iyulun əvvəlindən bu əməliyyat çərçivəsində 117 enerji obyekti vurulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM