satellite   Azerspace-1: 11135 H 30000

Dünya bazarında taxılın qiyməti artıb

Dünya bazarında taxılın qiyməti artıb

Dünya bazarının 30 faizini buğda ilə təmin edən Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlar iyul ayında taxılın qiymətini 16 faiz artırıb.

NTV xəbər verir ki, Qara və Azov dənizlərində yaranan təhlükəli vəziyyət hər iki ölkədən buğda ixracını məhdudlaşdırıb.

Bununla yanaşı, Ukrayna pilotsuz uçan aparatlarının (PUA) Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələr nəticəsində yanacaq qıtlığı yaranıb. Artıq benzin və dizel qıtlığı Rusiyanın Moskva və Sankt-Peterburq kimi böyük şəhərlərini də ağuşuna alıb. İnsanlar 30-40 litr benzin almaq üçün üçün günlərlə növbədə dayanmalı olurlar.

Rusiyada kombaynlar dizel çatışmazlığı ilə əlaqədar olaraq sahələrə çıxa bilmirlər.

Rusiyada cari ildə 1,7 milyon ton taxıl ixrac edəcək ki, bu da müharibədən əvvəlki ilə nisbətən 3 dəfə azdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM