İran Səhiyyə Nazirliyi çərşənbə günü bildirib ki, ABŞ-nin iyunun 27-dən bəri hava hücumları nəticəsində 53 nəfər ölüb, 592 yaralı var.
NTV xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin iyulun 22-də “X” sosial media platformasında dərc olunmuş açıqlamasında bildirilir. Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya mərkəzinin rəhbəri Hüseyn Kirmanpur bildirib ki, itkilər 27 iyun saat 8:30-dan çərşənbə günü saat 05:30-dək qeydə alınıb.
O əlavə edib ki, yaralanan 535 nəfər tibbi yardım aldıqdan sonra evə buraxılıb, 36 nəfər xəstəxanada qalıb, 21 nəfər isə hadisə yerində müalicə alıb.
ABŞ ötən həftədən bəri İran ərazisində bir sıra hücumlar həyata keçirib, Tehran isə regionun bir neçə ölkəsində ABŞ ordusu tərəfindən istifadə edildiyini iddia etdiyi obyektlərə və bazalara hücumlarla cavab verib.
Fevral ayında başlayan müharibəyə son qoymaq və davamlı sülh sazişi üçün yol açmaq məqsədilə ABŞ ilə İran arasında iyun ayında Pakistanın vasitəçiliyi ilə imzalanan çərçivə sazişinə baxmayaraq, qarşılıqlı hücumlar davam edir.
