Yaxın Şərqdə artan gərginliklə əlaqədar ABŞ Dövlət Departamenti dünyanın müxtəlif ölkələrində olan vətəndaşlarına xəbərdarlıq edib.
NTV xəbər verir ki, xəbərdarlıqda Yaxın Şərqdəki təhlükəsizlik mühitinin mürəkkəb olaraq qaldığı və gözlənilməz eskalasiya riskinin yüksək olduğu bildirilir.
“Hazırda Yaxın Şərqdə olan amerikalılar ehtiyatlı davranmalı, yüksək sayıqlıq nümayiş etdirməli, uçuşların ləğvinə, hava məkanının vaxtaşırı bağlanmasına və ehtimal olunan səyahət məhdudiyyətlərinə hazır olmalıdırlar. Bölgədəki bəzi aviaşirkətlər əvvəlki uçuş cədvəllərinin bərpasını təxirə salıb, digərləri isə müəyyən marşrutları ləğv edib”, – deyə xəbərdarlıqda qeyd olunur.
Həmçinin bildirilir ki, Yaxın Şərqdə və bölgədən kənarda ABŞ-ın diplomatik obyektləri hədəf alınıb.
