satellite   Azerspace-1: 11135 H 30000

Kamçatkada Şiveluç vulkanı 4 kilometr hündürlüyə çatan kül püskürüb

Kamçatkada Şiveluç vulkanı 4 kilometr hündürlüyə çatan kül püskürüb

Rusiyanın Kamçatka bölgəsində yerləşən Şiveluç vulkanı dəniz səviyyəsindən 4 min metr hündürlüyə çatan kül püskürüb.

NTV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun Kamçatka Vulkan Püskürmələrinə Cavab Qrupu (KVERT) məlumat yayıb.

Məlumata görə, vulkanın ekstruziv-effuziv püskürməsi davam edir. Lava günbəzinin şimal hissəsində yeni lava bloku formalaşmaqdadır. Meydana gələn partlayışlar nəticəsində kül dəniz səviyyəsindən 4 km yüksəkliyə qalxıb, kül buludu isə vulkandan 22 km şərq istiqamətinə doğru hərəkət edib.

Vulkanik aktivliklə əlaqədar aviasiya üçün "narıncı" təhlükə kodu elan olunub. Vulkanın fəallığı bölgədəki daxili uçuşlar üçün ciddi risk yaradır. Alimlərin proqnozuna görə, vulkan hər an külü dəniz səviyyəsindən 12 kilometr yüksəkliyə qədər püskürdə bilər.

Şiveluç Kamçatkanın ən şimalında yerləşən aktiv və ən böyük vulkanlarından biridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM