satellite   Azerspace-1: 11135 H 30000

Yaponiya ABŞ-ın "nüvə çətiri"nə arxalanmağa davam edəcək

Yaponiya ABŞ-ın "nüvə çətiri"nə arxalanmağa davam edəcək

Yaponiya hökuməti ölkənin milli təhlükəsizliyinin təmin olunması üçün üç qeyri-nüvə prinsipinə sadiq qalmaqla yanaşı, öz müdafiə imkanlarına və ABŞ-ın "nüvə çətiri"nə arxalanmağa davam edəcək.

NTV xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara müdafiə naziri Şinciro Koidzuminin nüvə məsələlərinin müzakirəsinin tabu olmaması ilə bağlı çağırışını şərh edərkən bildirib.

Kiharanın sözlərinə görə, Yaponiya öz müdafiə imkanlarını gücləndirməyi və nüvə silahı da daxil olmaqla ABŞ-ın genişləndirilmiş çəkindirmə sisteminə güvənməyi planlaşdırır.

O qeyd edib ki, Koidzuminin bəyanatı müdafiə siyasəti ilə bağlı məsələlərin açıq şəkildə müzakirə edilməsinin vacibliyi ilə əlaqədardır. Müdafiə naziri daha əvvəl Belçikada çıxışı zamanı heç bir ölkənin nüvə məsələlərini tabu etməklə öz təhlükəsizliyini təmin edə bilməyəcəyini bildirmiş və Yaponiyada bu mövzuda müzakirələrin fəallaşdırılmasına çağırmışdı.

Bununla yanaşı, Kihara hökumətin ilin sonunadək başa çatdırmağı planlaşdırdığı milli təhlükəsizlik strategiyasının yenilənməsi çərçivəsində üç qeyri-nüvə prinsipinə yenidən baxılıb-baxılmayacağı ilə bağlı suala cavab verməkdən imtina edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM