satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə XİN: Qara dənizdə gərginliyin artması bir çox sahədə mənfi nəticələrə səbəb ola bilər

Türkiyə XİN: Qara dənizdə gərginliyin artması bir çox sahədə mənfi nəticələrə səbəb ola bilər

Türkiyəyə məxsus “Yaşar” və “Nadezhda” adlı mülki gəmilər avqustun 3-də axşam saatlarında Rusiyanın Novorossiysk limanını tərk etdikdən sonra pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hadisə nəticəsində ekipaj üzvlərindən bir neçəsi, o cümlədən Türkiyə vətəndaşları yaralanıb.

NTV xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı avqustun 4-də yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, Türkiyə vətəndaşlarının təhlükəsizliyi ölkə üçün əsas prioritetdir və yaralananların vəziyyəti aidiyyəti qurumlar tərəfindən yaxından izlənilir.

Türkiyə XİN Rusiya ilə Ukrayna arasında davam edən müharibənin, edilən bütün xəbərdarlıqlara baxmayaraq, Qara dənizdə mülki gəmilərə də təsir edəcək şəkildə genişlənməsindən ciddi narahatlığını ifadə edib.

Vurğulanıb ki, qabaqlayıcı tədbirlər görülməyəcəyi təqdirdə, Qara dənizdə gərginliyin artması ərzaq təhlükəsizliyi də daxil olmaqla, bir çox sahədə mənfi nəticələrə səbəb ola bilər.

Türkiyə XİN bir daha münaqişə tərəflərini, eləcə də bütün aidiyyəti aktorları Qara dənizdə gəmiçiliyin və naviqasiya təhlükəsizliyinin təmin olunması məqsədilə təxirəsalınmaz və konkret tədbirlər görməyə çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Şahbuzda zəlzələ olub

12:25 04.08.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM