satellite   Azerspace-1: 11135 H 30000

CNN Pentaqonun əsas sursat ehtiyatlarının azaldığını bildirib

CNN Pentaqonun əsas sursat ehtiyatlarının azaldığını bildirib

Pentaqonun əsas sursat ehtiyatları təhlükəli dərəcədə aşağı səviyyəyə düşüb. ABŞ hərbi komandirləri arsenalın vəziyyətindən ciddi narahatdırlar.

NTV xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrinə istinadla məlumat yayıb. Telekanalın məlumatına görə, hava hücumundan müdafiə vasitələri ehtiyatlarının tükənməsinin əsas səbəbi İranla müharibə olub. Mənbələrin bildirdiyinə görə, ABŞ müharibədən əvvəlki səviyyə ilə müqayisədə THAAD raketləri ehtiyatlarının təxminən 80 faizini, həmçinin “Patriot” raketləri ehtiyatlarının təxminən yarısını istifadə edib.

CNN qeyd edir ki, sursat çatışmazlığı məsələsi ABŞ Prezidenti Donald Trampın ötən həftə İrana qarşı yeni zərbələr endirməkdən imtina etmək qərarından əvvəl də gündəmə gəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM