satellite   Azerspace-1: 11135 H 30000

Fransada yüzlərlə evsiz şəxs toplaşdıqları meydandan çıxarılıb

Fransada yüzlərlə evsiz şəxs toplaşdıqları meydandan çıxarılıb

Fransanın paytaxtı Parisdə yüzlərlə evsiz şəxs, o cümlədən 150-yə yaxın uşaq təcili sosial yardım xidməti olan “Samusocial de Paris”in qarşısındakı meydandan çıxarılıb.

NTV xəbər verir ki, humanitar yardım təşkilatı olan “Utopia 56” güclü istilər fonunda bu prosesin həyata keçirilməsini tənqid edib.

Qeyd edək ki, evsiz ailələr, sığınacaq istəyən şəxslər, tətil edən “Samusocial de Paris”in əməkdaşları və humanitar təşkilatların fəalları meydanda toplaşmışdılar. Onlar təhlükəsiz sığınacaqlarla təmin olunmamalarını tələb edirdilər.

Laki Paris prefekturası ərazinin boşaldılmasını tələb edib və proses icra olunub.

Məlumata görə, hakimiyyət orqanları onlara təcili yerləşdirmə imkanları, o cümlədən Paris regionundan kənarda yerləşən müəssisələrdə sığınacaq təklif etməyi planlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM