satellite   Azerspace-1: 11135 H 30000

"Qarabağ" UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksəlib

"Qarabağ" UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksəlib

NTV-nin məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın "Dinamo" (Kiyev) kollektivini qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

12-ci dəqiqədə Jali Muaddib hesabı açıb. 69-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib.

Beləliklə, Polşadakı ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzan "Qarabağ" UEFA Avropa Liqasında pley-offa yüksəlib.

"Köhlən atlar" bu raundda "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM